...

Xocavənddə aşkarlanan kütləvi məzarlıq ermənilərin xalqımıza qarşı soyqırımlarının daha bir sübutudur

Siyasət Materials 6 Oktyabr 2022 14:54 (UTC +04:00)
Xocavənddə aşkarlanan kütləvi məzarlıq ermənilərin xalqımıza qarşı soyqırımlarının daha bir sübutudur
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Xocavənddə aşkarlanan kütləvi məzarlıq ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qətllərin və soyqırımların daha bir sübutudur.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, rəşadətli Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsində tarixi Zəfəri və torpaqlarımızın işğaldan azad edilməsi ermənilərin xalqımıza qarşı törətdiyi çoxlu sayda cinayətlərin üstünün açılmasına imkan verdi.

“İşğaldan azad edilən torpaqlarımızda erməni cinayətlərinin üstü açılır və sübutlar ortaya çıxır. Ermənilər vəhşicəsinə qətlə yetirdikləri soydaşlarımızı kütləvi şəkildə basdıraraq öz cinayətlərinin üstünü ört-basdır etməyə çalışıblar. Ancaq bu gün ermənilərin bu hiyləsi boşa çıxıb, işğaldan azad edilən ərazilərimzdə erməni cinayətlərinin izi ortaya çıxır.

Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıq sayca birinci deyil. Həmin məzarlıqda məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş 12 insan qalığının tapılması, ümumilikdə Edillidə kütləvi məzarlıqlardan qalıqları aşkarlanmış insanların sayının 25-ə çatdığını söyləməyə əsas verir. Geyim və əşyalarından həmin şəxslərin hərbçi olduqları reallığı azərbaycanlı hərbi əsirlərin işgəncə verilərək qətlə yetirilməsi ilə bağlı bir çox ifadələri sübut edir”, - deyə deputat bildirib.

O qeyd edib ki, Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən 4 minə yaxın azərbaycanlının taleyinə bu günə qədər aydınlıq gətirməyib.

“Bu cur kütləvi məzarlıqların aşkarlanması ermənilərin həmin insanlarımıza qarşı da eyni cinayət əməli törətməsini deməyə əsas verir. Lakin təəssüflər olsun ki, beynəlxalq təşkilatlar hələ də bu məsələ ilə bağlı susqunluq nümayiş etdirir və Ermənistana qarşı hər hansı bir tədbir görmür. Bu cəzasızlıq mühiti erməniləri növbəti cinayətlər törətməyə sövq edir”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, ötən gün Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlıq aşkar edilib. Məzarlıqda hərbçi olduqları güman edilən 12 nəfərə aid qalıqlar tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti