...

Bəzi islam dövlətlərinin Ermənistanın yanında olması və sərsəm bəyanatlarla çıxış etməsi dayandırılmalıdır - Şahin İsmayılov

Siyasət Materials 10 Noyabr 2022 09:57 (UTC +04:00)
Bəzi islam dövlətlərinin Ermənistanın yanında olması və sərsəm bəyanatlarla çıxış etməsi dayandırılmalıdır - Şahin İsmayılov

Bakı. Trend:

Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı zəfərimizin 2 illiyi ilə bağlı tədbirdə toxunduğu məsələlər özündə bir neçə məqamı ehtiva edir. Prezidentin diqqət yönəltdiyi məsələlər ilk növbədə xalqın marağında olan vacib amillərdir. Digər məqam isə ondan ibarətdir ki, Azərbaycan Prezidenti bir daha bəzi dairələrə açıq mesaj verdi. Əvvəla onu qeyd etmək lazımdır ki, Prezidentin çıxışı geniş kütlənin marağını cəlb edir, dünyanın aparıcı beyin mərkəzləri tərəfindən analiz edilir. Çünki dünyanın gözündə Azərbaycan Prezidenti dediklərini həyata keçirən, qalib ölkənin rəhbəri, regionun siyasi mənzərəsini dəyişməklə yeni reallıqlarn yaradıcısı və söz sahibidir. Ümumilikdə Prezident İlham Əliyevin çıxışlarını diqqətlə izləyən üç kateqoriyanı şərh edə bilərk. Birinci kateqoriyaya qürurla izləyən Azərbaycan xalqı və dostları aiddir. İkinci kateqoriyaya regionun mənzərəsini izləyən siyasi şərhçilər, beyin mərkəzləri və bu qəbildən olan digər qruplar, üçüncü kateqoriyaya isə ordusu darmadağın edilən Ermənistanın siyasi rəhbərliyi daxildir.

Ölkə başçısının da qeyd etdiyi kimi, alınmaz qala sayılan Şuşanı erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Şuşanın azad edilməsi isə düşmənin məhv edilməsi demək idi və müharibənin taleyini bəlli edirdi. Bu qələbənin əldə edilməsində hərb sahəsinin, iqtisadiyyatın, xarici əlaqələrin artan dinamika ilə inkişafı misilsiz rol oynayırdı. Vətənpərvər ruhda yetişən cəmiyyət isə qələbənin təminatçısıdır. Azərbaycan xalqı Ali Baş Komandanın əmrini gözləyirdi. Ölkə başçısı isə nəyi, necə, nə vaxt edəcəyini çox yaxşı bilirdi.

Prezident Ermənistan dövlətinin işğal dövründə islam dininə qarşı törətdiyi əməlləri də bütün müsəlman ölkələrinin diqqətinə çatdırılması ilə bağlı vacib məqama toxundu. Təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparan düşmənin əmələri ifşa edilərək beynəlxalq ictimaiyyət qarşısında rəzil vəziyyətə düşmüşdür. Düşünürəm ki, indiki dövrdə də bu hadisə diqqətdə saxlanmalıdır. Özünü islam dünyasında fəal ölkə kimi göstərən bəzi dövlətlərin Ermənistanın yanında olması və sərsəm bəyanatlarla çıxış etməsi dayandırılmalıdır.

Prezident düşmən tərəfindən iqtidar, müxalifət və ya xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsürün bizə qarşı hər hansı təxribat törətdiyi halda sərt cəza çəkəcəyini qeyd etməklə onlara kiçik bir xatırlatma etdi. Onların başını əzən Dəmir Yumruq yerindədir. 10 noyabr tarixli bəyənatın icrası və Sülh müqaviləsinə də toxunan Azərbaycan Prezidenti Ermənistanın məsuliyyət daşıdığını, buna əməl etmədiyi halda Azərbaycanın öz haqqlı mövqeyini hər zaman müdafiə edəcəyi ilə bağlı mesaj verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan xalqı hər zaman müzəffər xalq kimi yaşayacaq.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti