...

Ceyhun Bayramov İstanbuldakı partlayışla bağlı Türkiyəyə başsağlığı verib

Siyasət Materials 13 Noyabr 2022 19:15 (UTC +04:00)
Ceyhun Bayramov İstanbuldakı partlayışla bağlı Türkiyəyə başsağlığı verib

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərində baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib.

Trend xəbər verir ki, XİN rəhbəri bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"İstanbul şəhərində İstiklal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində hayatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı bildirir, yaralılara şəfa diləyirik.

Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!", - deyə C.Bayramov bildirib.

Xatırladaq ki, İstanbulun mərkəzində İstiqlal küçəsində yerli vaxtla saat 16:20-də güclü partlayış baş verib. Partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti