...

Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

Siyasət Materials 28 Noyabr 2022 15:46 (UTC +04:00)
Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli 446 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında və “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 dekabr tarixli 819 nömrəli və “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2021-ci il 28 aprel tarixli 2609 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilib;

Həmin Fərmanla təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsi aşağıdakı redaksiyada verilir:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatı

Strateji planlaşdırma və monitorinq baş idarəsi

Qanunvericilik baş idarəsi

Ədliyyə sahəsində xidmətlər baş idarəsi

İcra baş idarəsi

Probasiya xidməti (baş idarə səlahiyyətli)

Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)

İnsan resursları baş idarəsi

Beynəlxalq əməkdaşlıq idarəsi

İnsan hüquqları və kommunikasiya idarəsi

İstintaq idarəsi

Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)

İnformasiya texnologiyaları və innovasiyalar idarəsi

Katiblik (idarə səlahiyyətli)

Maliyyə və təminat idarəsi”;

- həmin Fərmanla təsdiq edilmiş 2 nömrəli əlavə – “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının tərkibi”nin “Kollegiyanın üzvləri” hissəsində “Təşkilat-nəzarət” sözləri “Strateji planlaşdırma və monitorinq” sözləri ilə, “Qeydiyyat və notariat” sözləri “Ədliyyə sahəsində xidmətlər” sözləri ilə əvəz edilir.

- Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 3.1 – 3 .4-cü bəndlərində “Qeydiyyat və notariat baş idarəsinin” sözləri “Ədliyyə sahəsində xidmətlər baş idarəsinin” sözləri ilə, “qeydiyyat və notariat üzrə” sözləri “ədliyyə sahəsində xidmətlər üzrə” sözləri ilə əvəz edilir.

- Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilir:

- 9-cu hissədə və 44.2-ci bənddə “Qeydiyyat və notariat baş idarəsinin” sözləri “Ədliyyə sahəsində xidmətlər baş idarəsinin” sözləri ilə, “Qeydiyyat və notariat şöbəsinin rəisi” sözləri “ədliyyə sahəsində xidmətlər üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri” sözləri ilə əvəz edilsin;

- 36.2-ci bənddə “Qeydiyyat və notariat baş idarəsinin” sözləri “Ədliyyə sahəsində xidmətlər baş idarəsinin” sözləri ilə, “qeydiyyat və notariat şöbəsinin rəisi” sözləri “ədliyyə sahəsində xidmətlər üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri” sözləri ilə əvəz edilsin.

- Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 819 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın “6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 6.3.14-cü yarımbəndində “İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin” sözləri “İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin” sözləri ilə əvəz edilsin.

- “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 aprel tarixli 2609 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 378) 1-ci hissəsində “Qeydiyyat və notariat baş idarəsinin” sözləri “Ədliyyə sahəsində xidmətlər baş idarəsinin” sözləri ilə əvəz edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti