...

Parlament palatalarının qətnamələri Parisin rəsmi xəttini əks etdirmir - Fransa XİN

Siyasət Materials 1 Dekabr 2022 08:35 (UTC +04:00)
Parlament palatalarının qətnamələri Parisin rəsmi xəttini əks etdirmir - Fransa XİN

Trend-i buradan izləyin

Bakı. Trend:

Fransa parlamenti palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi xəttini əks etdirmir.

Trend xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

"Parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib", - diplomat bildirib.

Onun sözlərinə görə, Fransa hökumətinin mövqeyi hamıya məlumdur. O, xarici işlər naziri Ketrin Kolonnanın “Fransa sülhə nail olmaq fürsətindən istifadə etmək üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməyə davam edəcək” ifadələrini xatırladıb.

Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya yekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edib.

Qətnaməyə 256 deputat lehinə, 0 nəfər əleyhinə səs verib. Qətnamə layihəsinin həmmüəllifləri Fransa prezidenti Emmanuel Makronun “Renessans” partiyasının üzvləri olan deputatlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti