...

Rumıniya Azərbaycan və Ermənistan arasında məhsuldar danışıqları alqışlayır

Siyasət Materials 1 Dekabr 2022 17:43 (UTC +04:00)
Rumıniya Azərbaycan və Ermənistan arasında məhsuldar danışıqları alqışlayır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniya Azərbaycan və Ermənistan arasında məhsuldar danışıqları alqışlayır.

Trend-in məlumata görə, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ATƏT Nazirlər Şurasının 29-cu sessiyasında deyib.

“Biz Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında məhsuldar danışıqları, eləcə də müzakirələr zamanı əldə olunan nəticələri alqışlayırıq”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, Rumıniya bu yaxınlarda Ermənistana gedən və Rumıniyadan 4 ekspertin iştirak etdiyi Aİ-nin monitorinq missiyasını da dəstəkləyir.

“Biz bütün həssas məsələlərin hərtərəfli həlli yollarını tapmaq üçün tərəfləri Aİ-nin dəstəyi ilə diplomatik əməkdaşlığı davam etdirməyə çağırırıq”, - deyə Auresku əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti