Bakı. Trend:
Bu gün keçirilən üçlü zirvədə imzalayacağımız sənədlər birliyimizi daha da gücləndirəcək.
Trend-in məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanda keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, Avropa başda olmaqla bütün dünya üçün enerji təhlükəsizliyinin vacibliyi bir daha önə çıxıb.
"Türkmənistan təbii qazının qərbə nəql edilməsinə artıq başlamalıyıq. Türkmənistan və Azərbaycandan Türkiyəyə elektrik enerjisi nəqli mövzusunda da işləməyə hazırıq", - deyə R.T.Ərdoğan bildirib.