Bakı. Trend:
"Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq.
Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır...".
Trend-in məlumatına görə, Tofiq Abbasovun təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri, Azərbaycan-Türkiyə-Türkmənistan liderlərinin ilk üçtərəfli görüşü, Azərbaycan ictimaiyyətinin təbii sərvətlərimizin qanunsuz istismarına etirazı" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Füzuli Qurbanov - siyasi şərhçi, Eyyub Kərimli - "İqtisadi və sosial araşdirmalar" İctimai Birliyinin sədri, Çingiz İsmayılov - siyasi şərhçi və Cavid Osmanov - Milli Məclisin deputatı, mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: