Bakı. Trend:
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” müəyyən edilib.
Trend xəbər verir ki, yenilənən Strategiya 2022–2025-ci illər ərzində dövlət borcalmalarının idarə edilməsini və 2030-cu ilin sonunadək olan dövr üçün uzunmüddətli baxışı özündə ehtiva edir.
Qeyd olunan strategiyanın 2025-ci ilin sonunadək dövlət borcalması üzrə sadalanan risklər gözlənilməklə icrası nəzərdə tutulur. Bu barədə hər ilin icra nəticələrinə dair hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq. Yenilənən Strategiyanın icrasından sonrakı dövr üçün müəyyən olunan uzunmüddətli baxışın təmin edilməsi məqsədilə bu sənədin 2025-ci ildə yenilənməsi həyata keçiriləcək.