...

Azərbaycan xalqı öz milli kimliyinə sadiqdir - Şahin İsmayılov

Siyasət Materials 31 Dekabr 2022 10:38 (UTC +04:00)
Azərbaycan xalqı öz milli kimliyinə sadiqdir - Şahin İsmayılov

Bakı. Trend:

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xüsusi gün kimi qeyd edilməsi milli birliyin təmin edilməsi üçün vaxtında qəbul edilmiş ən önəmli qərarlardan biridir. Bu qərar dünya azərbaycanlılarının həmrəyliyi və onların təşkilatlanmasında institusional rola malikdir. Bu, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin sayəsində atılan əməli addımlardan biridir.

Azərbaycan xalqı tarixin həssas məqamlarında bir olmağı nümayiş etdirib. Bu birliyin nəticəsində biz məğrur, müzəffər xalq kimi öz sözümüzü demişik. Həmrəyliyimizin ən gözəl nümünələrindən biri də Vətən Müharibəsi dövründə nümayiş etdirilən birlikdir. Bu birliyin nəticəsində qısa zaman ərzində ədaləti bərpa edə bildik. Həmin dövrdə xalq arasında olan birlik bütün dünya üçün nümunədir. Vətən müharibəsindəki şanlı qələbədən sonra böyük qayıdış prosesi üçün görülən işlər də özündə həmrəyliyi təcəssüm edir. Həmrəylik istəyi yalnız ölkəmizdə yaşayan azərbaycanlılara deyil, dünyada yaşayan bütün soydaşlarımıza aiddir.

Ötən 2022-ci ildə xalqın həmrəyliyini nümayiş etdirən əsas məsələlərdən biri də, ermənilərin yaşadığı Azərbaycan torpaqlarında faydalı qazıntı yataqlarının qanunsuz istismarı və ekologiyanın korlanmasına qarşı Laçın – Şuşa yolunda baş verən dinc aksiyadır. Onu da qeyd edək ki, aksiyada beynəlxaq hüququn bütün norma və prinsiplərinə əməl edilməklə aqressivlik göstərilmir. Azərbaycan xalqı mərd və güclüdür. Əgər ehtiyac olarsa yenidən vuruşmağa hazırıq. Aksiyanın dinc şəraitdə keçməsi xalqımızın humanist dəyərlələrə sadiqliyinin göstəricisidir. Yeri gəlmişkən aksiyaya lazım gələrsə on minlərlə soydaşımız da qatıla bilər. Soydaşlarımız xalq və dövlət üçün bir olmağa hər zaman hazırdır.
Ulu Öndər Heydər Əliyevin hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilən sözləri Azərbaycan xalqına xas olan mənəvi dəyərlərləri çox gözəl ifadə edir. Azərbaycan xalqı öz milli kimliyinə sadiqdir. Bütüb həssas məqamlarda milli mənsubiyyətindən, statusundan, siyasi baxışından asılı olmayaraq milli həmrəylik nümayiş etdirən Azərbaycan xalqı daim bu ənənəyə sadiq qalacaq.

Fürsətdən istifadə edib xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, vətənimiz naminə görülən işlərdə hər birimizə uğurlar diləyirəm.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti