...

Erməni mətbuatının 2022-ci ildəki itkilərlə bağlı yaydığı məlumat yalandır və dezinformasiya xarakteri daşıyır - MN

Siyasət Materials 6 Yanvar 2023 17:57 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Müdafiə Nazirliyi (MN) Ermənistan mətbuatının Azərbaycan Ordusunun 2022-ci ildəki itkiləri ilə bağlı yaydığı məlumatlara cavab verib.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qarşı tərəfin yaydığı məlumat yalandır və dezinformasiya xarakteri daşıyır. Uydurma və reallığı əks etdirməyən rəqəmlərin əks olunduğu bu cür məlumatlar ictimaiyyəti çaşdırmaq məqsədi güdür.

"Qeyd edək ki, ordumuzun itkiləri barədə ölkə mətbuatında mütəmadi olaraq rəsmi məlumatlar verilmişdir. Ermənistan mətbuatı ehtiyata buraxıldıqdan sonra müxtəlif səbəblərdən dünyasını dəyişmiş vətəndaşlar barədə məlumatları belə ordumuzun döyüş itkiləri kimi qələmə verməyə çalışır. Odur ki, vətəndaşlarımızı, media nümayəndələrini, həmçinin sosial şəbəkə istifadəçilərini bu cür həqiqətə uyğun olmayan məlumatları tirajlamamağa çağırırıq”, - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti