...

Xarici ölkələrdəki ticarət nümayəndələrinin aylıq təmsilçilik xərci müəyyən edilib

Siyasət Materials 12 Yanvar 2023 19:49 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələrinin aylıq təmsilçilik xərci müəyyənləşib.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının artırılması və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” sərəncamlarında dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdəki ticarət nümayəndələrinə əməkhaqlarının 15 faizi məbləğində aylıq təmsilçilik xərci müəyyən edilib.

Sərəncam 2023-cü il yanvarın 1-dən tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti