...

Azərbaycan dəfələrlə Ermənistanın Laçın-Xankəndi yolundan qanunsuz istifadəsinə dair sübutlar təqdim edib - Rövşən Sadıqbəyli

Siyasət Materials 17 Yanvar 2023 18:26 (UTC +04:00)
Azərbaycan dəfələrlə Ermənistanın Laçın-Xankəndi yolundan qanunsuz istifadəsinə dair sübutlar təqdim edib - Rövşən Sadıqbəyli
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dəfələrlə Laçın-Xankəndi yolundan Ermənistanın qanunsuz istifadəsinə dair sübutlar təqdim edib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın qurumdakı daimi nümayəndəsi Rövşən Sadıqbəyli bu gün ATƏT-in Daimi Şurasının xüsusi iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışına cavab olaraq deyib.

"Bu yol Ermənistan tərəfindən başqa məqsədlər üçün istifadə olunur, təkcə qeyri-qanuni hərbi fəaliyyət üçün deyil, həm də təbii sərvətlərin Azərbaycan ərazisindən Ermənistana qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün istifadə olunur. Son onilliklər ərzində Azərbaycan Ermənistanın qeyri-qanuni fəaliyyətdə birbaşa iştirakına dair təkzibolunmaz sübutlar təqdim edib. Azərbaycan Respublikasının əvvəllər işğal olunmuş ərazilərində öz iqtisadi mənafeyi naminə iqtisadi və digər fəaliyyətlərin həyata keçirilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Azərbaycanın faydalı qazıntı yataqlarının yerində monitorinqi, ekoloji qiymətləndirilməsi, əmlakın kadastr uçotu və təbii sərvətlərin inventarlaşdırılması üçün Azərbaycan ictimaiyyətinin haqlı narazılığına və bu günə qədər davam edən dinc etirazlara səbəb olub", - Sadıqbəyli bildirib.

O vurğulayıb ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozaraq öz silahlı qüvvələrini hələ də Azərbaycan ərazisindən tam çıxarmayıb.

"Ermənistan ötən əsrin 90-cı illərində Ermənistan qoşunlarının işğal etdiyi səkkiz sərhəd kəndini Azərbaycana qaytarmaqdan imtina etməkdə davam edir. Qanunsuz hərbi gücün artırılması, Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni silahlı birləşmələrin rotasiyası, silah və şəxsi heyətin qanunsuz olaraq Azərbaycan ərazisinə keçirilməsi davam edir. Azərbaycan Laçın yolu ilə üçtərəfli bəyanatın bu yoldan yalnız humanitar məqsədlərlə - vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti üçün istifadəsini nəzərdə tutan müddəalarının kobud şəkildə pozulmasıdır", - deyə daimi nümayəndə bildirib.

Həmçinin, Sadıqbəylinin qeyd etdiyi kimi, 2022-ci ilin avqustundan indiyədək Azərbaycan ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2728 ədədə yaxın piyada əleyhinə mina aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti