...

Minatəmizləmə Agentliyinin nizamnamə fondunun məbləği artırıldı - FƏRMAN

Siyasət Materials 21 Yanvar 2023 15:09 (UTC +04:00)
Minatəmizləmə Agentliyinin nizamnamə fondunun məbləği artırıldı - FƏRMAN

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nizamnamə fondunun məbləği artırılıb.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Agentliyin nizamnamə fondu 2 209 512,9 (iki milyon iki yüz doqquz min beş yüz on iki manat doxsan qəpik) müəyyənləşib.

Daha əvvəl Agentliyin ilkin nizamnə fondu 100 000 (yüz min) manat olub.

Xəbər lenti

Xəbər lenti