Bakı. Trend:
Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir.
Trend-in məlumatına görə, bu barədə Litva Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində deyilir.
"Azərbaycanın Tehrandakı səfirliyinə ölüm və yaralananlarla nəticələnən hücumla bağlı xəbər bizi sarsıtdı. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Mərhumun ailəsinə başsağlığı veririk", - nazirliyin bəyanatında deyilir.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.