Bakı. Trend:
Ermənistanın Laçın yolunun blokadaya alınmasına dair iddiaları yalandır.
Trend-in məlumatına görə, bu barədə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə tvitter hesabında qeyd edib.
O bildirib ki, Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı dünyanı aldada bilməz.
"Ermənistanın Laçın yolunun blokadaya alınmasına dair iddiaları yalandır. Onların heç bir sübutu yoxdur", - deyə səfir əlavə edib.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 51 gündür davam edir.