...

Prezident İlham Əliyev: Azərbaycan böyük həcmdə bərpaolunan enerji potensialına malikdir

Siyasət Materials 2 Fevral 2023 15:10 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan böyük həcmdə bərpaolunan enerji potensialına malikdir

Bakı. Trend:

Azərbaycan Xəzər dənizinin ölkəmizə aid sektorunda, eləcə də işğaldan azad edilmiş ərazilər daxil olmaqla quruda böyük həcmdə bərpaolunan enerji potensialına malikdir.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı qəbul edərkən deyib.

Dövlətimizin başçısı söhbət zamanı Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının da keçirilməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, hər iki tədbir bir-birini tamamlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti