...

Sülh sazişindən imtina siyasəti Ermənistanı yeni fəlakətlərlə üz-üzə qoyacaq - Cəlil Xəlilov

Siyasət Materials 4 Fevral 2023 19:28 (UTC +04:00)
Sülh sazişindən imtina siyasəti Ermənistanı yeni fəlakətlərlə üz-üzə qoyacaq - Cəlil Xəlilov

Bakı. Trend:

Sülh sazişindən imtina siyasəti Ermənistanı yeni fəlakətlərlə üz-üzə qoyacaq.

Trend-in məlumatına görə, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, bu fəlakətin bütün əlamətləri göz önündədir: “44 günlük Vətən müharibəsində darmadağın edilən Ermənistan artıq iki ildən çoxdur ki, müxtəlif bəhanələrlə sülh sazişi imzalamaqdan, Azərbaycanın tələblərini yerinə yetirməkdən boyun qaçırır. Ölkəmizə qarşı mina terrorunu davam etdirən, dövlətimiz haqqında beynəlxalq platformalarda yalan və böhtan səsləndirən Ermənistan, bununla postmüharibə dövrünün reallıqlarını dəyişəcəyinə, nələrəsə nail olacağına ümid edir. Halbuki Ermənistanın rifahı və təhlükəsizliyi üçün yalnız bir optimal variant var. Bu variantı Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinin diqqətinə çatdırıb. Bu yol Azərbaycanın tələbləri ilə razılaşmaq, təxribatlardan və mina terrorundan imtina etmək, ölkəmizin sülh sazişi ilə bağlı şərtlərini dəstəkləməkdir. Ermənistanın nicatı üçün ikinci bir yol yoxdur və heç vaxt da olmayacaq”.

Hərbi-siyasi ekspert vurğulayıb ki, rəsmi İrəvan bu aydın həqiqəti nə qədər tez dərk edərsə, bu, Ermənistanın özü üçün bir o qədər faydalı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti