...

Qlobal Bakı Forumu ilə biz təcrübələri universal şəkildə bir araya toplayırıq - İsmail Serageldin

Siyasət Materials 9 Mart 2023 10:02 (UTC +04:00)
Qlobal Bakı Forumu ilə biz təcrübələri universal şəkildə bir araya toplayırıq - İsmail Serageldin
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal Bakı Forumu ilə biz universal şəkildə təcrübələri bir araya toplayaraq fikirlərdən istifadə etməyə səy göstəririk.

Trend-in məlumatına görə, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin 10-cu Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

"Biz ağır zamanlardan keçirik. Buna görə insanların bir araya gəlməsi lazımdır. Tarixdə yaşananlardan dərs çıxarmalıyıq", - İ.Serageldin bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə yanaşı ərzaq təhlükəsizliyi daha qabarıq ortaya çıxır:

"Qlobal Bakı Forumu ilə biz universal şəkildə təcrübələri bir araya toplayaraq onların fikirlərindən istifadə etməyə səy göstəririk”,- deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti