...

Azərbaycan-İsrail Birgə Komissiyasının növbəti iclasının vaxtı açıqlanıb

Siyasət Materials 29 Mart 2023 12:06 (UTC +04:00)
Azərbaycan-İsrail Birgə Komissiyasının növbəti iclasının vaxtı açıqlanıb

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Hökuməti ilə İsrail Hökuməti arasında Birgə Komissiyanın növbəti iclası aprelin 19-da keçiriləcək.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti