...

20 siyasi partiya hesabat təqdim etməklə bağlı vaxt məhdudiyyətini keçib

Siyasət Materials 12 Aprel 2023 16:28 (UTC +04:00)
20 siyasi partiya hesabat təqdim etməklə bağlı vaxt məhdudiyyətini keçib

Bakı. Trend:

39 siyasi partiya maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Trend-in məlumatına görə, bunu Mərəzi Seçki Komissiyasının sədri müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bu partiyalardan 38-i müəyyən olunmuş vaxt məhdudiyyəti çərçivəsində hesabatlarını təqdim edib.

"20 siyasi partiya vaxt məhdudiyyətini keçib, ancaq onlar da hesabatlarını təqdim edəcəklərini bildiriblər.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməli idilər", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti