...

Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi ilə bağlı altsistem yaradılacaq

Siyasət Materials 14 Aprel 2023 12:47 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyev “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən "kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi yaradılacaq.

"Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi vasitəsilə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müraciətlərin qəbulu, baxılması və cavablandırılması təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti