...

Yaxın zamanda Ermənistanın sülh müqaviləsi ilə bağlı danışıqlar masasına qayıtması gözlənilir - Ceyhun Bayramov

Siyasət Materials 27 Aprel 2023 14:09 (UTC +04:00)
Yaxın zamanda Ermənistanın sülh müqaviləsi ilə bağlı danışıqlar masasına qayıtması gözlənilir - Ceyhun Bayramov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın zamanda Ermənistanın sülh müqaviləsi ilə bağlı danışıqlar masasına qayıtması gözlənilir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonnanın iştirakı ilə bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan təkliflər irəli sürsə də Ermənistan cavab verilməsi prosesində də ciddi ləngimələrə səbəb olur. “Son dəfə Ermənistandan biz sülh müqaviləsi ilə bağlı şərtləri almaq üçün 6 həftə vaxtımız getdi. Bu da prosesin gedişatı ilə üst-üstə düşən hal deyil”, - deyə nazir əlavə edib.

C.Bayramov qeyd edib ki, sülh sazişi ilə bağlı bütün təşəbbüslər Azərbaycan tərəfindən edilib.

"Ermənistan tərəfi sülh danışıqlarına qayıtmasını bəyan edib. Növbəti danışıqların keçirilməsi növbəti önəmli addımdır. Biz bu prosesdə iştirak edəcəyik və sülh prosesinin irəli aparılması üçün əlimizdən gələni edəcəyik”, - deyə nazir bildirib.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna 26 aprel tarixində Azərbaycana rəsmi səfərə gəlib. Fransalı nazir Azərbaycandan sonra Ermənistana və Gürcüstana gedəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti