...

"Hakimiyyət formulu" silsiləsindən Heydər Əliyevin 100 illiyinə həsr olunmuş film efirə çıxıb - Mixail Qusmanın layihəsi (VİDEO)

Siyasət Materials 8 May 2023 10:26 (UTC +04:00)
"Hakimiyyət formulu" silsiləsindən Heydər Əliyevin 100 illiyinə həsr olunmuş film efirə çıxıb - Mixail Qusmanın layihəsi (VİDEO)

Bakı. Trend:

TASS xəbər agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın "Hakimiyyət formulu" layihəsi çərçivəsində növbəti film efirə çıxıb.

Trend bu barədə bazar ertəsi xəbər verir.

Proqram Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunub.

"Heydər Əliyev. Son söz" televiziya proqramı mayın 6-da və 7-də "Rossiya-24" telekanalında nümayiş olunub.

Televiziya proqramının əsasını Heydər Əliyevin "Hakimiyyət formulu" üçün 2001-ci ildə verdiyi eksklüziv müsahibəsi təşkil edib.

Bundan başqa, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində yeni "Liderin ürəyi" filmi üzərində işlər tamamlanıb. Tezliklə filmin premyerası baş tutacaq.

Trend verilişin tam versiyasını oxucuların diqqətinə çatdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti