...

Heydər Əliyev Türk dünyasının memarlarından biridir - Türk Dövlətləri Təşkilatı

Siyasət Materials 10 May 2023 12:43 (UTC +04:00)
Heydər Əliyev Türk dünyasının memarlarından biridir - Türk Dövlətləri Təşkilatı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qardaş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini bu gün - anadan olmasının 100-cü ildönümünün qeyd olunduğu bir gündə dərin ehtiramla yad edirik.

Trend-in məlumatına görə, bu barədə Türk Dövlətləri Təşkilatının Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı yaydığı bəyanatda qeyd edilir.

"Heydər Əliyev Azərbaycanın güclü və müasir dövlətə çevrilməsi üçün geniş imkanlar açmış lider olub. Onun vətənpərvərliyi, müdrikliyi və iradəsi sayəsində Azərbaycan siyasi, sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda böyük tərəqqiyə nail olub. Heydər Əliyev qardaş türk dövlətlərini və xalqlarını bir araya gətirməkdə mühüm xidmətləri ilə Türk dünyasının memarlarından biridir” , - deyə bəyanatda bildirilib.

Xatırladaq ki, bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti