...

Gələcək Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasındadır - Mixail Qusman "Tofiq Abbasovla dialoq" verilişində (FOTO/VİDEO)

Siyasət Materials 12 May 2023 12:43 (UTC +04:00)
Gələcək Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasındadır - Mixail Qusman "Tofiq Abbasovla dialoq" verilişində (FOTO/VİDEO)

Bakı. Trend:

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.

Trend bu barədə cümə günü xəbər verir.

Verilişin qonağı TASS informasiya agentliyinin baş direktor müavini Mixail Qusman olub.

Verilişdə Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunub.

Mixail Qusmanın dediyi kimi, gələcək Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasındadır.

"Onlar onilliklər boyunca dəhşətli propaqandalara məruz qalıblar. Bu insanlar dezinformasiya və yalan zəhərinə yoluxublar. Bu cür məsələlər tez həll olunmur. Burada mən nə optimistəm, nə də pessimist. Ermənilər çox gözəl anlayırlar ki, formalaşmış normal vəziyyətdə Azərbaycanda xeyli yaxşı yaşayacaqlar, nəinki onları daima gərginləşdirən bu vəziyyətdə", - o deyib.

Trend BİA verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti