...

MDB ölkələrinin Sərhəd Qoşunlarının Komandanları Şurasının Bakıda keçirilən iclasının yekunları üzrə 19 sənəd imzalanıb

Siyasət Materials 8 İyun 2023 15:57 (UTC +04:00)
MDB ölkələrinin Sərhəd Qoşunlarının Komandanları Şurasının Bakıda keçirilən iclasının yekunları üzrə 19 sənəd imzalanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

MDB ölkələrinin Sərhəd Qoşunlarının Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasının yekunları üzrə Şuranın gələcək fəaliyyətini tənzimləyən 19 sənəd imzalanıb.

Trend cümə axşamı xəbər verir ki, bunu jurnalistlərə Sərhəd Qoşunlarının Komandanları Şurasının sədr müavini - Koordinasiya Xidmətinin sədri general-polkovnik Aleksandr Manilov deyib.

"Əsas diqqət MDB-nin xarici sərhədlərində formalaşan şərait məsələsinə yönəlib", - o deyib.

Qeyd edək ki, bu gün Bakıda MDB-yə üzv ölkələrin Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclası keçirilib.

İclas iştirakçıları MDB-yə üzv dövlətlərin xarici sərhədlərindəki vəziyyəti, MDB ölkələrinin Sərhəd Qoşunlarının Komandanları Şurasının 87-ci iclasının təşkili məsələsini və gündəlik layihəsini müzakirə ediblər. Həmçinin tədbirin gündəliyinə əsasən digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti