...

Emin Hüseynov işğaldan azad olunan ərazilərdə qarşıda dayanan əsas məqsədi AÇIQLADI

Siyasət Materials 11 İyun 2023 13:42 (UTC +04:00)
Emin Hüseynov işğaldan azad olunan ərazilərdə qarşıda dayanan əsas məqsədi AÇIQLADI

Bakı. Trend:

Keçmiş məcburi köçkünlərin həsrə­tində olduqları doğma torpaqlarımıza qa­yıdışı, həm onların yaşayış şəraiti, həm də işlə təmin olunmaları Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulan ən önəmli vəzifədir. Bu tapşırığın yüksək sə­viyyədə gerçəkləşməsi üçün bütün im­kanlardan səmərəli istifadə olunur.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib.

"Əsas məqsəd isə işğaldan azad olunmuş əra­zilərdə bərpa və reabilitasiya prosesinin ilk mərhələsində Füzuli və Ağdamda iki şəhər mərkəzinin və 32 kəndin yenidən qurulması, həmçinin Hadrut, Suqovuşan və Tuğda turizmin inkişafı istiqamətində nəzərdə tutulan layihələrin yüksək key­fiyyətlə, eyni zamanda nəzərdə tutulan vaxtda həyata keçirilməsidir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti