...

Vaşinqtonun 1 milyonluq Azərbaycan PLANI - "Demokratiya” siyasi avantüra vasitəsinə çevrilir

Siyasət Materials 13 İyun 2023 18:20 (UTC +04:00)
Vaşinqtonun 1 milyonluq Azərbaycan PLANI - "Demokratiya” siyasi avantüra vasitəsinə çevrilir
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ yenidən Azərbaycana qarşı məxfi, məkirli planlar üzərindən iş çevrimək niyyətindədir. Bunu ABŞ-ın NED (National Endowment for Democracy) təşkilatının 2022-ci ildə gizli maliyyələşmə sxemi üzrə (üçüncü ölkələr və diplomatik missiyalar vasitəsi ilə) Azərbaycan təşkilatlarına (Əsasən QHT və media) 1 100 000 ABŞ Dollarından bir qədər artıq qrant ayırması ilə bağlı faktlar düşünməyə əsas verir.

Qərb siyasi texnologiya mərkəzlərinin Azərbaycanda “beşinci kolon”u maliyyələşdirmək üçün səylərini və pullarını əsirgəmək niyyətində olmadıqları aydın görünür. Budəfəki sponsor beynəlxalq Amerika təşkilatı olan Demokratiyaya Milli Dəstək Fondu (National Endowment for Democracy - NED). NED 1983-cü ildə ABŞ Konqresi tərəfindən təsis edilib. Qeyri-hökumət təşkilatı statusuna malik olsa da, büdcəsinin 95 faizi ABŞ büdcəsindən maliyyələşir. Bu psevdo-ictimai təşkilat “demokratiyaya dəstək” bəhanəsi ilə “rəngli inqilablar” təşkil etməklə, Amerikanın maraqlarının üstünlüyünün təmin edilməsi üçün çalışır. Təşkilat regionlarda insan haqlarına riayət olunmasına da “monitorinq” etmək niyyətindədir.

Əslində okeanın o tayında Azərbaycan üçün hazırlanan "sürprizin" hansı məqsədlər üçün nəzərdə tutulduğunu öyrənməyə ayrılan külli miqdarda qrantların hansı istiqamətləri maliyyələşməsinə yönəldiyini öyrənmək kifayət edir: Korrupsiyaya uğramış tenderlərin sənədləşdirilməsi, Gənc Alimlərin Demokratiya Tədqiqatına cəlb edilməsi, Azərbaycanda Hüquqlardan sui-istifadə və Korrupsiyaya görə hesabatlılığın təşviqi, Yerli iştirak üçün bacarıqların yaradılması, hüquqi yardımların göstərilməsi, İnsan hüquqlarının monitorinqi, Yerli problemlərin həlli, Vətəndaş İştirakının və İcma İştirakının Gücləndirilməsi, və s.

Xülasədən görünür ki, əsas vəsaitlər yerlədə vətəndaş fəallığının artırılması və şəbəkələşmə, əhalinin ayrı-ayrı təbəqələrinin nümayəndələrinin, o cümlədən gənc alimlərin aktivliyinin artırılması, sosial şəbəkələrdə iş, korrupsiya ilə bağlı məsələlərin işıqlandırlması kimi sahələri əhatə edir. Bununla belə bəzi istiqamətlərin adı şərti də ola bilər. Məsələn dini təriqətlərinin inkişafı, orta məktəblərdə dinin tədrisinə nail olunması və ya müxtəlif təriqətlərə mənsub müəllimlərin hazırlanması kimi layihələr də bir qayda olaraq NED tərəfindən maliyyələşdirlən layihələrdəndir.

Nəzərə alsaq ki, uzun illərdir bir çox ölkələrdə (indiyədək NED təşkilatındakılar Hondurasda dövlət çevrilişi, Ukrayna və Gürcüstanda rəngli inqilablar, Çinin Sincan-Uyğur bölgəsində və digər regionlarda qanlı hadisələrin törədilməsinə bilavasitə rəvac verməsi ilə tanınır) kütləvi iğtişaşlar, xaos və sabitliyin pozulması ilə nəticələnən proseslərin kökünü araşdıranda yenə də hər daşın altından ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (“National Endowment for Democracy” - NED) adlanan təşkilatının adının çıxdığına şahid oluruq, o zaman bu təşkilatın ABŞ Dövlət Departamenti tərəfindən idarə olunduğu və ABŞ Konqresinin ayırdığı maliyyə vəsaitləri hesabına öz maraqları çərçivəsində fəaliyyət göstərdiyi faktlarına raslamış ola bilərik. Bu gün bir reallıq var ki, NED təşkilatı hazırda ABŞ-ın ən güclü soyuq silahı kimi öz funksionallığını artırmaqda maraqlıdır və növbəti dayanacaq kimi Xəzər sahilləri nəzərədə tutulub.

Müxətlif zamanlarda, müxtəlif araşdırmaların nəticəsində məlum olur ki, Demokratiyaya Milli Dəstək Fondu adı altında fəaliyyət göstərən bu qurum hər dəfə Konqresə növbəti maliyyə vəsaitini almaq üçün öz fəaliyyət hesabatını təqdim edir. NED-in ayrı-ayrı ölkələrdə əlaqə qurduğu qruplara və təşkilatlara verəcəyi vəsaitlərin siyahısı isə təsdiq olunmaq üçün əvvəlcə ABŞ-ın Xarici İşlər Nazirliyinin nəzarətindən keçir. Bütün bu faktlar deməyə əsas verir ki, NED birbaşa olaraq elə ABŞ hökümətinin sifarişini yerinə yetirən bir təşkilatdır.

İndi ABŞ bu məxfi "barmağını" Azərbaycanın işlərinə qarışdırmaq niyyətindədir. Təbii ki, bunun üçün ABŞ NED-in əlində Azərbaycanda "resurusları" mövcuddur. Məhz bu "beşinci kolon" kimi "resurusunun" ayrılan qrantlarla Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasını aktivləşdirmək planının nəzərdə tutulduğu istisna edilmir. Amma ayrılan külli miqdarda qrantların hansı istiqamətləri maliyyələşməsinə yönəldiyini görəndə qəti fikrə gəlmək olur ki, ABŞ bu dəfə Azərbaycanı gözləmədiyi mövqelərdən, heç vaxt qarşılaşmadığı formada "vurmaq" niyyətindədir.

Maraqlıdır ki, 44 günlük müharibədən bu yana Ermənistanda etirazlar daha intensiv hal alsa da bu istiqamətdə nə ABŞ-ın bu ölkədəki səfirliyinin, nə Dövlət Departamentinin, nə də sifarişlə işləyən beynəlxalq hüquq müdafiə təşkilatlarının məsələyə lazımi reaksiya verməsinin şahidi oluruq. Belə nəticəyə gələinir ki, Ermənistanda baş verənləri görməzlikdən gələnlərin planları Azərbaycanda xaos, vətəndaş qarşıdurması yaratmaqdan başqa bir şey deyil.

Ermənistanla münasibətdə ötən 20 ildə mühüm demokratikləşmə prosesi keçən Azərbaycan beynəlxalq miqyasda təsbit olunan ali demokratik dəyərlərə ciddi önəm verdiyini hər məsələdə açıq nümayiş etdirir. Bunu Azərbaycanda hər sahədə aparılan ciddi islahatlar fonunda aydın görə bilərik. Bu dövrdə ölkəmiz bütün sahələrlə yanaşı, demokratik inkişafda da həm regionda, həm də ki, keçmiş postsovet məkanında nümunə ola biləcək işlərə imza atıb. Söz, vicdan, sərbəst toplaşmaq və digər bu kimi azadlıqlar, vətəndaş cəmiyyəti institutlarının inkişafı Azərbaycanda demokratik cəmiyyətin mühüm və ayrılmaz tərkib hissələri kimi qəbul edilməkdədir.

Təbii ki, Azərbaycanın uğurlarını ABŞ-da görür və dərk edirlər. Müsəlman ölkəsi olan Azərbaycanın sürətli inkişafı, regionun söz sahibinə çevrilməsi ABŞ rəsmi dairələri tərəfindən üzdə təbəssümlə qarşılansa da, əslində görünür reallıq bambaşqadır. Əgər belə olmasaydı, rəsmi Vaşinqton üzdə strateji təsnifat verdiyi ABŞ-Azərbaycan əlaqələrinə kölgə salan addımları atmaqdan çəkinərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti