...

Azərbaycandan kənarda hesab açan siyasi partiyalar cərimələnəcək

Siyasət Materials 20 İyun 2023 14:30 (UTC +04:00)
Azərbaycandan kənarda hesab açan siyasi partiyalar cərimələnəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açmasına görə cərimələr müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, qeyd olunan əmələ görə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Bununla yanaşı, "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda
müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına
barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank
əməliyyatları və ya hər hansı digər əməliyyat aparılmasına görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti