...

Bu siyasi partiyalar cərimələnəcək

Siyasət Materials 21 İyun 2023 09:46 (UTC +04:00)
Bu siyasi partiyalar cərimələnəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyasına (MSK) barəsində məlumat təqdim edilməyən ianə üzrə bank əməliyyatı aparan siyasi partiyalar cərimələnəcək.

Trend-in xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliklə "Siyasi partiyalar haqqında" qanunda müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyasına barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və ya hər hansı digər əməliyyat aparılmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti