Bakı. Trend:
Ermənsitan baş naziri Nikol Paşinyan etiraf edib ki, 2020-ci ildə baş verən 44 günlük müharibədən yayınmaq olardı.
Trend xəbər verir ki, o, bu barədə 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında danışıb.
N.Paşinyanın sözlərinə görə, ermənilərin Qarabağla bağlı mövqeyindən imtina etmək olardı.
“Biz deyə bilərik ki, Qarabağın Azərbaycandan ayrı olması ideyasını qəbul etmirik və əlbəttə, bu, müharibənin baş verməyəcəyinə zəmanət vermirdi, lakin bunun üçün nəzəri imkan yaratmış olardı”, - Ermənistanın hökumət başçısı bildirib.
“Danışıqlar prosesində bir neçə fikir ayrılığı var idi ki, onlar bu və ya digər şəkildə hərbi əməliyyatların bərpası üçün səbəb ola bilərdi. Bu, Laçın dəhlizinin fəaliyyəti, Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası, məcburi köçkünlərin geri qaytarılması məsələləridir”, - Baş nazir əlavə edib.