...

AzTV komandasına edilən hücuma görə çox təəssüflənirəm - Fransanın Azərbaycandakı səfiri

Siyasət Materials 29 İyun 2023 12:05 (UTC +04:00)
AzTV komandasına edilən hücuma görə çox təəssüflənirəm - Fransanın Azərbaycandakı səfiri

Trend-i buradan izləyin

Bakı. Trend:

Fransada AzTV televiziya komandasına edilən hücuma görə çox təəssüflənirəm.

Trend xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Ann Buayon bildirib.

"Ümid edirəm ki, bu əməlləri törədənlər tutulacaq", - deyə səfir özünün "Twitter" hesabında yazıb.

Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti