...

Qarabağın erməni sakinlərinin Laçın buraxılış məntəqəsindən növbəti sərbəst keçidi (VİDEO)

Siyasət Materials 1 İyul 2023 12:15 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti dəfə maneəsiz şəkildə keçiblər.

Trend-in əldə etdiyi videogörüntülərdə erməniəsilli şəxslərin sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə keçidi əksini tapıb.

Bu görüntülər bir daha təsdiq edir ki, Qarabağın erməniəsilli sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən hər iki istiqamətdə rahat keçidi üçün hər bir şərait yaradılıb və Azərbaycan tərəfindən bu proses təhlükəsiz şəkildə təşkil olunur.

Trend həmin görüntüləri təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti