...

Pakistanın Azərbaycandakı səfiri Qərbi Azərbaycan İcmasını ziyarət edib (FOTO)

Siyasət Materials 11 İyul 2023 11:18 (UTC +04:00)
Pakistanın  Azərbaycandakı səfiri Qərbi Azərbaycan İcmasını ziyarət edib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan Islam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Bilal Hayee Qərbi Azərbaycan İcmasını ziyarət edib.

Trend-in məlumatına görə, səfir İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli və üzvlərlə görüş keçirib, İcmanın nizamnaməsi, strukturu və fəaliyyəti haqqında məlumat alıb.

Görüşdə İcmanın rəhbərliyi - İdarə Heyətinin (İH) sədri, millət vəkili Əziz Ələkbərli, İH sədr müavini, millət vəkili Hikmət Babaoğlu, İcmanın Sözçüsü Ülviyyə Zülfiqar iştirak ediblər.

Ə.Ələkbərli dost və qardaş ölkə olan Pakistanın ölkəmizdəki səfiri Bilal Hayeeni İcmada görməkdən şad olduğunu bildirib. İcma sədri Pakistanlı diplomata son 200 ildə Azərbaycanlıların başlarına gətirilən müsibətlər barədə danışdı, ötən əsr boyunca dörd dəfə, 1905-06, 1918-20, 1948-53 və 1987-91-ci illərdə onların öz ata-baba yurdundan, indi Ermənistan adlanan coğrafi məkandan deportasiya edilməsi, bu hadisələr zamanı soydaşlarımıza qarşı törədilmiş insanlıq əleyhinə cinayətlər barədə məlumat verib.

Görüş zamanı aparılan söhbət əsnasında səfirin diqqətinə çatdırılıb ki, Ermənistan hökuməti qovulmuş azərbaycanlıların hüquqlarını bərpa etmək sahəsində tədbir görməkdən imtina edir və onları vətənlərində yaşamaq hüququndan istifadə imkanından məhrum etməkdə davam edir. İcma bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyana müraciət etsə də, diloqa çağırış cəhdləri cavabsız qalır.

Qeyd olunub ki, Qərbi Azərbaycanlıların geri qayıdış hüququ ilə bağl beynəlxalq miqyasda edilən müraciətlərimizə mötəbər təşkilatlar tərəfindən reaksiyalar gəlməkdədir. BMT İcmanın 4 sənədini – Qayıdış Konsepsiyası da daxil olmaqla öz rəsmi sənədi kimi yayıb, UNESCO və Aİ-dən İcmaya rəsmi şəxslər tərəfindən cavablar gəlib. Bildirilib ki, beynəlxalq ictimaiyyətin dəstəyinə bundan sonra da ehtiyac var.

Səfir Bilal Hayee Pakistanın hər zaman qardaş Azərbaycanın haqlı mübarizəsində yanında olduğunu və bundan sonra da olmağa davam edəcəyini bildirmişdir.

Bilal Hayee daha sonra İcmanın inzibati binası ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti