...

Prezident İlham Əliyevin çıxışı Şuşa Qlobal Media Forumuna güclü təkan verdi - Mixail Qusman

Siyasət Materials 21 İyul 2023 20:00 (UTC +04:00)
Prezident İlham Əliyevin çıxışı Şuşa Qlobal Media Forumuna güclü təkan verdi - Mixail Qusman
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Şuşa. Trend:

Prezident İlham Əliyevin çıxışı Şuşa Qlobal Media Forumuna güclü təkan verdi.

Trend cümə günü xəbər verir ki, bunu jurnalistlərə TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Prezidenti İlham Əliyevin "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışından sonra deyib.

"Prezident İlham Əliyevə bu cür açıq, səmimi, çox dərin, çox mühüm danışığına görə minnətdarlığımı bildirirəm. Prezident İlham Əliyev iki saatdan çox dünya media birliyinin liderləri ilə görüş keçirərək sualları açıq, hərtərəfli, inandırıcı və əsaslandırılmış şəkildə cavablandırıb. Mən həmkarlarımızlar, dünyanın müxtəif ölkələrindən dostlarımızla fikir mübadiləsi apardım. Bu onlarda unudulmaz təəssürat buraxıb. Prezident problemləri necə bilir, problemlərlə necə dərindən maraqlanır. Bugünkü danışıq sadəcə fövqəladə idi. Bütün mövzuları, istər beynəlxalq, istərsə də daxili və Ermənistanla sülh sazişinin imzalanması ilə bağlı Azərbaycan üçün ən aktual problemlər, ölkənin inkişafına dair strateji məsələlər, Prezidentin Qoşulmama Hərəkatının lideri kimi görüşünü müzakirə etdik. Bütün bunlar bizim üçün Prezident İlham Əliyev tərəfindən böyük hədiyyə oldu. Bu bütün foruma güclü təkan verdi. Düşünürəm ki, forumun fəaliyyətinin davam edəcəyi növbəti iki gün hamımız Prezident İlham Əliyevlə bu görüşdən ilham almış olacağıq", - M.Qusman deyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə Heydər Əliyev ili çərçivəsində və Azərbaycan milli mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən forumda dünyanın 49 ölkəsindən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsindən dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak edir. Bundan başqa, iştirakçılar arasında 60 yerli KİV rəhbəri və nümayəndəsi də iştirak edir.

Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsi üçün qlobal əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirəsi planlaşdırılır. Dünya KİV-inin tanınmış və nüfuzlu rəhbərləri, ekspertlər jurnalistikada yeni vasitələri və rəqəmsal dövrə kommunikasiya, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və media sahəsində dayanıqlı biznes modellərinin yaradılması, yeni mediada istehlakçı tendensiyaları və media savadlılığı məsələləri, dezinformasiya və saxta xəbərlərlə mübarizə metodları, jurnalistlərin təhlükəsizliyi və digər mövzuların müzakirəsi planlaşdırılır.

Forum çərçivəsində həmçinin Qoşulmama Hərəkatının media platformasının yaradılmasına dair təşəbbüs irəli sürülüb.

Qeyd edək ki, bugünədək çox sayda beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri bu gün müstəqil Azərbaycan tarixində ilk dəfə dünyanın aparıcı KİV-inin rəhbərləri, jurnalist təşkilatları, informasya-kommunikasiya sahəsində nüfuzlu ekspertlər və tanınmış jurnalistləri bir platformada toplayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti