...

Azərbaycanda hər 10 nəfərə bir mina düşür - İsrail qəzeti

Siyasət Materials 24 İyul 2023 12:34 (UTC +04:00)
Azərbaycanda hər 10 nəfərə bir mina düşür - İsrail qəzeti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ISRAEL HAYOM qəzetində Ermənistanın Azərbaycanda yerləşdirdiyi minaların faciəvi nəticələrindən bəhs edən məqalə dərc olunub.

Trend bazar ertəsi xəbər verir ki, məqalənin müəllifi israilli jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamdır.

"Bu yaxınlarda müharibədən zərər çəkmiş Qarabağ bölgəsini ziyarət etdim Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əraziləri minalardan necə təmizlədiyinin şahidi oldum. Yaşıl zonadan sadəcə keçən istənilən şəxsin asanlıqla yalnız xüsusi cihazların aşkarlaya bildiyi fuqasın qurbanı ola biləcəyini gördüm. Məhz bu səbəbdən yerüstü minalar belə ölümcüldür, axı onlar istənilən insanı, o cümlədən sadəcə futbol oynamaq istəyən uşağı öldürə və ya şikəst edə bilər. Məhz bu səbəbdən piyada əleyhinə minaların yerləşdirilməsi - xüsusən də aydın işarələnməsi yoxdursa - insan hüquqlarının kobud şəkildə pozulmasıdır", - deyə o yazıb.

Məqalədə bu yaxınlarda Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində arıçılıqla məşğul olan dinc sakinin xəsarət aldığı qeyd olunur.

"Minatəmizləmə Agentliyi yanında İctimai Şuranın sədr müavini Emil Həsənov bildirib ki, 2020-ci ilin noyabrından Azərbaycanda piyada əleyhinə minalar nəticəsində 303 nəfər həlak olub. Onun sözlərinə görə, Azərbaycanda bir milyondan çox piyada əleyhinə mina yerləşdirilib. O bildirib ki, Azərbaycan əhalisinin 10 milyon nəfər olduğundan, Azərbaycanda hər 10 nəfərə bir piyada əleyhinə mina düşür. Yerüstü minalar da ətraf mühitə ciddi zərər vurur. Torpaqda uzun müddət minaların olması müəyyən kimyəvi reaksiyalara səbəb olur", - deyə o yazır.

İsrailin "Open Minded Solutions Ltd." mina əleyhinə şirkətinin baş direktoru Roy Naxari Qarabağda təbii mühitin problemi kəskinləşdirdiyini qeyd edib.

"Qarabağın dağ rayonlarında yerüstü minaların kiçik çaylar, ərimiş qar və ya su ilə axıb getmək təhlükəsi çox böyükdür. Bu problemi daha da kəskinləşdoror. Minaların yayılma sahəsi nəhəngdir. Bu səbəbdən onların harada olduğunu və hansı məsafədə gedə biləcəyini müəyyən etmək çətindir", - o deyib.

Nigeriya Təhlükəsizlik və Mülki Müdafiə Korpusunun Partlamamış Hərbi Sursatların Zərərsizləşdirilməsi Şöbəsinin rəisi Kinqsli Çike Axukanna yerüstü minaların bütün dünyada sülh, təhlükəsizlik və inkişaf üçün ölümcül təhlükə təşkil etdiyini və Azərbaycanın istisna olmadığını vurğulayıb.

"Beynəlxalq birliyin yerüstü minaların ləğvinə tərəfdar olmasına baxmayaraq, bu Ermənistanın hətta Azərbaycanla sülh sazişi barədə danışıqlar aparmağına baxmayaraq, bölgədə minalar yerləşdirməsinə mane olmur. Amerika-Azərbaycan Mədəniyyət Fondunun təsisçisi Nurit Qringer isə öz növbəsində minalarla çirklənmənin Qarabağda ən ciddi problemlərdən biri olduğunu qeyd edib. Qringerə əsasən, çayların çirkləndirilməsi ekogenosiddir. Onun sözlərinə görə, burada ən böyük cinayətkarlardan biri Kanada şirkətidir", - məqalədə deyilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti