...

Vaqif Xaçatryan erməni olduğuna görə deyil, cinayət törətdiyinə görə saxlanılıb - Polkovnik

Siyasət Materials 31 İyul 2023 13:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Meşəli soyqırımında iştirak etməkdə təqsirləndirilən Vaqif Xaçatryan erməni olduğuna görə deyil, cinayət törətdiyinə görə saxlanılıb.

Trend xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, Ermənistan, eləcə də onun havadarlarının Vaqif Xaçatryanın həbsi ilə bağlı ajiotaj yaratmaq cəhdi absurddur: “Vaqif Xaçatryan onlarla azərbaycanlının qətlə yetirilməsində, işgəncələrə məruz qalmasında iştirak edib, xalqımıza qarşı ağır cinayətlər törədib. Onun sərhədçilərimiz tərəfindən saxlanılması, müvafiq qaydada istintaqa cəlb edilməsi də məhz bununla bağlıdır. Yəni V.Xaçatryan konkret cinayət əməllərində təqsirli bilinir. Ancaq məlum olduğu kimi Ermənistan, eləcə də Ermənistana havadarlıq edən xarici qüvvələr həmin cinayətkarın saxlanılmasına siyasi don geyindirməyə cəhd edir. Məqsəd Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək, ölkəmiz haqqında mənfi rəy formalaşdırmaqdır”.

Təşkilatın sədr müavininin sözlərinə görə, Vaqif Xaçatryanın Birinci Qarabağ müharibəsindəki cinayətlərini əks etdirən çoxlu sayda fotofaktlar mövcuddur. Bu faktlar ermənilərin əsassız iddialarına ən layiqli cavabdır. Onun cinayət əməlləri ilə bağlı şahidlərin, zərərçəkənlərin verdikləri ifadələr də həmin şəxsin azərbaycanlılara qarşı amansız davranışını, qorxunc cinayətlərini isbatlayır.

Bu fakt bir daha sübut edir ki, dövlətimiz xalqımıza qarşı hərbi cinayətlər törədən bütün şəxslərin tapılaraq məsuliyyətə cəlb olunmasında qərarlıdır. Dövlətimiz bu prinsipiallığı gələcək də davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti