Bakı. Trend:
Bu gün Azərbaycan və Türkiyə münasibətləri tarixdə olmadığı qədər yüksək səviyyədədir.
Trend xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirdiyi mətbuat konfransında deyib.
"44 günlük İkinci Qarabağ müharibəsi zamanı şahidi olduğumuz Azərbaycan-Türkiyə münasibətləri dünyada bənzəri olmayan həmrəylik və qardaşlıq nümunəsi idi. Zəngəzur dəhlizinin açılması yeni mərhələdə xüsusi aktuallıq kəsb edir", - deyə C.Bayramov əlavə edib.
Qeyd edək ki, bu gün Ankarada hər iki ölkənin xarici işlər nazirləri arasında təkbətək və geniştərkibli görüş keçirilib.