Bakı. Trend:
"Qarabağ İtkin Ailələri" ictimai birliyi üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Trend xəbər verir ki, ziyarətdən sonra ictiami birliyin üzvləri Birləşmiş Millətlər Təşkilatına (BMT) ünvanlandıqları müraciətdən irəli gələn məsələləri səsləndiriblər.
Qeyd edək ki, bu gün "Qarabağ İtkin Ailələri" ictimai birliyi Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib. Onlar müraciətlərində itkin düşmüş şəxslərin taleyi barədə məlumatların açıqlanması və kütləvi məzarlıqların yerlərinin Azərbaycan tərəfinə təqdim edilməsi üçün BMT-nin Ermənistana çağırış etməsini istəyiblər.