...

Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası işə başlayacaq

Siyasət Materials 5 Sentyabr 2023 07:22 (UTC +04:00)
Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası işə başlayacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Çərşənbə axşamı Nyu-Yorkda BMT Baş Assambleyasının (GA) 78-ci sessiyası işə başlayacaq.

Trend xəbər verir ki, sessiyanın gündəliyinə beynəlxalq problemlər və münaqişələr, iqlim dəyişikliyi, davamlı inkişaf, inkişaf etməkdə olan ölkələrin borc probleminin aradan qaldırılması məsələləri daxildir.

Baş Assambleyanın əsas tədbirləri sentyabrın 19-25-də keçiriləcək yüksək səviyyəli həftə olacaq. Burada beynəlxalq vəziyyətə baxışlarını təqdim etmək və qlobal çağırışlarla mübarizə istiqamətlərini müəyyən etmək üçün bütün dünya ölkələrinin liderləri və xarici işlər nazirləri bir araya gələcək.

Qeyd edək ki, yüksək səviyyəli həftədə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti