...

Aİ-nin Monitorinq Missiyası Azərbaycan - Ermənistan sərhədində patrul fəaliyyətini artırıb

Siyasət Materials 7 Sentyabr 2023 17:26 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası Azərbaycan - Ermənistan sərhədində patrul fəaliyyətini artırıb.

Trend xəbər verir ki, bu barədə missiyanın "X" (tvitter) sosial şəbəkə hesabında qeyd edilib.

"Aİ Monitorinq Missiyası hərbi vəziyyətdə hər hansı dəyişikliyi müşahidə etmək üçün Ermənistanın Qeqarkunik və Sünik vilayətlərinin Azərbaycanla sərhəd ərazilərində patrul fəaliyyətini artırıb.

Biz regionda mövcudluğumuz vasitəsilə gərginliyin aradan qaldırılmasına və vəziyyətlə bağlı Aİ-ni qərəzsiz hesabatına töhfə verməyi hədəfləyirik", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, bu il 21 fevral tarixində Avropa İttifaqının (Aİ) Ermənistana göndəriyi mülki missiya (EUMA) fəaliyyətə başlayıb. Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) mülki planlama və davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat əməliyyatın mülki komandanlığı vəzifəsini yerinə yetirəcək, missiyaya rəhbərliyi isə Markus Ritter edəcək. Missiyanın ilkin mandatı iki ili əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti