...

Pakistan Qarabağda qondarma “seçkilər”in keçirilməsini pisləyib - XİN

Siyasət Materials 10 Sentyabr 2023 09:42 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan Qarabağda qondarma “seçkilər”in keçirilməsini pisləyib.

Trend-in bazar günü verdiyi məlumata görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Mümtaz Zəhra Bəluç bildirib.

"Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qanunsuz qurulmuş rejimin qondarma "seçkilər" keçirmək cəhdi hüquqi və mənəvi baxımdan qınanır. Belə bir cəhd həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulmasıdır", - bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti