...

Rusiyanın Qarabağ erməniləri üçün göndərdiyi ərzaq dolu TIR-ın Xankəndinə keçidi gecikir

Siyasət Materials 10 Sentyabr 2023 10:39 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağ erməniləri üçün, göndərdiyi ərzaq dolu TIR-ın Xankəndinə keçidi gecikir.

Trend-in Qarabağ Bürosunun verdiyi xəbərə görə, Xankəndində yaşayan erməni əsilli ailələr üçün nəzərdə tutulan yardımın bu gün saat 10 radələrində Əsgərana keçidinin təmin olması nəzərdə tutulsa da TIR hələ ki, Bərdə rayonunda dayanır. TIR - ın keçidinin ləngiməsinə səbəb bir tərəfdən Qarabağdakı separatçılarının növbəti qeyri-qanuni konstruktiv mövqeyi və həmçinin etibarlı mənbələrdən aldığımız məlumata görə, Beynəlxalq Qızı Xaç Komitəsinin və Qərbin, Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqinin nəticəsidir.

Xatırladaq ki, “Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti