Bakı. Trend:
Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ayrı-ayrılıqda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Buyar Osmani "X" (Tvitter) sosial şəbəkə hesabında yazıb.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ayrı-ayrı görüşlər keçirdim. Konstruktiv və əhatəli dialoqun davamlı sülhə aparan yeganə yol olduğunu vurğuladım”, - deyə o əlavə edib.
Qeyd edək ki, 18 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə yola düşüb.