...

Erməni mediası uşaqları yalanlarına ALƏT EDİR - Qərbin dəstək verdiyi SAXTAKARLIQ

Siyasət Materials 22 Sentyabr 2023 21:21 (UTC +04:00)
Erməni mediası uşaqları yalanlarına ALƏT EDİR - Qərbin dəstək verdiyi SAXTAKARLIQ
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Erməni mediası Azərbaycan əleyhinə qərəzli, dezinformasiya xarakterli məlumatlar dərc etməkdə artıq ixtisaslaşıb. Bu mənada erməni təbliğat maşınının artan üstünlüyü müşahidə edilir. Yəni bir sözlə desək, ermənilər bu günə qədər də Azərbaycan əleyhinə yalan məlumatlar yaymağa davam edir.

Trend xəbər verir ki, Ermənistan KİV-ləri 44 günlük Vətən Müharibəsində olduğu kimi, indi də Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirir.

Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılar təslim olduqdan sonra, Ermənistan tərəfi dünya ictimaiyyətinə həqiqəti əks etdirməyən məlumatlarla car çəkirlər. Onlar Qarabağda yaşayan erməni əsilli mülki vətəndaşlara qarşı Azərbaycan tərəfinin silahlanması və qətlə yetirməsi barədə indi də dezinformasiyalar yaymağa davam edirlər.

Ermənistan bu kimi yalanları ilə riyakar və ikiüzlülük siyasətini nümayiş etdirərək, ölkəmizə qarşı apardıqları böhtan xarakterli qarayaxmaları ilə özlərinə ciddi zərbə vurmuş olurlar.

Onlar nə qədər də yalanlar uydurmağa çalışsalar da, bu məsələ ilə bağlı sentyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciətində Ermənistanın layiqli cavabını vermişdi.

Prezident İlham Əliyev xalqa müraciətində deyib: "Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır.

Biz həm yüksək dəqiqliyə malik olan silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, Ordumuzun peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratdı".

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında canlı yayım vasitəsilə bildirmişdi ki, sosial şəbəkələrdə Qarabağın erməni sakinləri arasında kütləvi itkilərlə bağlı yayılan məlumatlar reallığa uyğun gəlmir. Yəni, Paşinyan Qarabağın erməni sakinləri arasında kütləvi itkilər barədə yayılan xəbərləri təkzib etmişdi.

Görəsən, Ermənistan mediası bu qədər böhtan və qarayaxmalarla nə etmək fikrindədir və ya nə demək istəyir? Halbuki, ölkəsinin baş naziri mediasının yaydığı məlumatları qətiyyətli şəkildə təkzib edir. Ermənistan həmişə olduğu kimi, bu gündə özünü dünya ictimaiyyəti qarşısında gülünc vəziyyətə qoyur. Onlar bu uydurmaları ilə dünya ictimaiyyətini deyil, özləri özlərini aldatmış və gözdən salmış olurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti