...

Fransa Türkiyənin Qranada da görüşə qatılmasına qarşı çıxıb - XİN

Siyasət Materials 6 Oktyabr 2023 10:18 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Prezidentinin Qranadada Azərbaycan və Türkiyənin iştirakdan imtina etməsi məsələsi ilə bağlı iddiaları riyakarlıq nümunəsidir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Prezidenti Emmanuel Makronun Qranadada mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində qeyd edilib.

"Tədbir iştirakçılarının hər birinə yaxşı məlumdur ki, məhz Fransa tərəfi Türkiyənin görüşə qatılmasına qarşı çıxıb. Fransa Prezidentinin bu məsələdə yalan məlumatlar yayması dövlət başçısına yaraşmayan yanaşmadır.

Tarixdə özünün soyqırım siyasəti ilə yadda qalan, Avropa İttifaqı üzv ölkələri arasında Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına qoşulmayan yeganə ölkə olan Fransanın çoxsaylı etnik xalqların sülh və əminamanlıq şəraitində yaşadığı, multikultural və multietnik dəyərləri ilə nümunə təşkil edən Azərbaycana azlıqların hüquqları barədə dərs keçməyə cəhd etməsi qəbuledilməzdir", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti