...

Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu göstərməlidir - Hikmət Hacıyev

Siyasət Materials 25 Oktyabr 2023 17:30 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu göstərməlidir.

Trend xəbər verir ki, bu barədə "POLITICO"ya müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Gündəmimiz yalnız ikitərəfli əlaqələr çərçivəsində nəqliyyat əlaqələrinin və kommunikasiyanın qurulmasından ibarət idi. Layihə bizim üçün cəlbediciliyini itirib - əvəzində biz bunu İranla edə bilərik. Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfi bu prosesdə maraqlı olduğunu göstərməlidir", - o deyib.

H.Hacıyev Ermənistan tərəfinin Azərbaycanın guya "Zəngəzuru tutmağı planlaşdırdığı" barədə təxribatçı açıqlamalarını təkzib edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti