...

Leo Dokerti Azərbaycana səfər edəcək

Siyasət Materials 15 Noyabr 2023 11:47 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti yaxın zamanda Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə Böyük Britaniyanın Bakı səfirliyindəki mənbədən xəbər veriblər.

Leo Dokertinin səfər çərçivəsində bir sıra hökumət məmurları ilə görüşlər keçirmək niyyətində olduğu qeyd edilib. Səfər proqramının digər təffərrüatı hələlik açıqlanmayıb.

Xatırladaq ki, Dokerti bundan əvvəl 2023-cü ilin fevral ayında Azərbaycana səfər edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti