...

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin qarşısına şərt qoydu

Siyasət Materials 28 Noyabr 2023 11:04 (UTC +04:00)
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin qarşısına şərt qoydu

Bakı. Trend:

Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Trend xəbər verir ki, telefon söhbəti zamanı Dövlət katibi Blinken ABŞ-Azərbaycan münasibətlərinin normallaşdırılması məqsədilə dekabrda köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib.

Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

Xəbər lenti

Xəbər lenti